Reklamınızın yeridir

Açar təhvili saytlar yaradılması
Şirkətlər və şəxslər öz xidmətləri və satışlarını reklamlaya bilər, tədbirləri və işləri haqqında Elanlar, həmçinin sayt linkləri verə bilər Əlverişli şərtlər,
yüksək dərəcə effektiv!
24 saat içində
hər dəqiqədə yüzlərcə baxış!
Məqdsədli auditoriya üçün
uyğun müddət göstərilməsi!

Sifarişlə

Şərtlər
Reklam və elanların göstərilməsi, maket yaradılması şərtləri
-------------
Nümayiş qiymətləri
24 saat: 0.65$
Aylıq: 7$
Yarım illik: 15$
İllik: 25$
-------------
İşləyib-hazırlamaq
Original maketin yaradılması: 18$+
Kiçik dəyişikliklər: 4$+

Sifarişlə

CloseSaytlar yaradılması sayt hazırlanması

Sayt yaradılmasının mərhələləri

  • Sifarişçidən ərizə
  • Texnik tapşırıq (TT) hazırlanması
  • TT-a düzəlişlər və onun təsdiqi
  • Layihə qiymətinin hesablanması və müqavilə imzalanması
  • Yoxlama nümunəsi üçün verilənlərin toplanması
  • Saytın Dizayn-maketinin hazırlanması
  • Müqavilədə yazılan avansın ödənməsi
  • Saytın yazılması, proqramlaşdırılması və yoxlanması
  • Müqavilədəki 2-ci avansın ödənməsi
  • Sifarişçinin qeydlərinin həyata keçirilməsi, sifarişçiyə saytın nümayişi
  • Tapşırığın yerinə yetirilməsi aktının imzalanması. Hazır layihə üzrə bütünlüklə haqq-hesabın kəsilməsi
  • Domen seçilməsi və alınması
  • Hostinq xidməti seçilməsi və kirə edilməsi
  • Saytın müşayiəti

Sayt yaradılmasında xidmətlər və izahat

    Sayt yaradılması sifarişi

  • Sayt yaradılması sifarişini ən yaxşı e-mail şəklində bizə göndərəsiniz. Biz Sizinlə əlaqə şaxlarıq və lazım olan detalları müzakirə edərik
  • Zəmanətlər haqqında nə bilməliyik

  • Biz məhsulumuza, layihənin çətinliyindən asılı olaraq, 2 ayla 6 ay arası zəmanət veririk. Məhsul üçüncü şəxslərə verilərkən zəmanət haqqı qeyb olunur
  • Şirkətimizdə hostinq xidməti

  • Müəllif texnik domen üzərində bütün zəmanət sürəsi üçün pulsuz hostinq xidməti təqdim edir
  • Saytın təslimindən sonrakı işlər

  • Sayt yaradılması mərhələlərindəki son 3 maddə, əlbəttə ayrıca ücrətlə, sazişə əlavə olunaraq, hazırlayıcıya həvalə edilər

Dərslər və öyrədən məqalələr

Sayt linklərinin düzəldilməsi üçün rəsmin xəritəsi (isti sahələr) koordinatlarının təyin edilməsi

<area> teqinin koordinatlarının qiymətləri və yazılışı

area teqi rəsmin xəritəsi (xəritə-rəsim) adlanan (map elementi) interaktiv sahəsini təyin edir, yəni müəyyən səhifədə siçanın düyməsini basarkən müəyyən əməliyyat yerinə yetirilir, misal, sayt açılır. area koordinatları necə tapılır? Bu mövzuda indi internetdə çox məlumat vardır. Mövzu üzrə standart materiallar səthi bilgi verir. Qaynaqlar çox zaman koordinatların əllə yığılmasından danışır. Əgər söhbət koordinatların avtomatik yaradılmasından gedirsə, çox lazımsız məlumat verərək, hamısı əsas "məhz necə?" sualına cavab vermir. Vizual DreamWeaver redaktoru ilə çalışanlar isti sahələr deyilən hissələrin yaradılmasında heç bir çətinlik çəkmir. Xatırladaq ki, area teqi şəkillərin elə işarələnməsi (şəklin "isti sahələrə" deyilən aktiv sahələrə bölünməsi) deməkdir ki, hər sahə eyni zamanda linkə çevrilir. Sahələr düzbucaqlı, dairə və çoxbucaqlı şəklində ola bilər. area teqi hökmən "rəsmin xəritəsi" deyilən map teqinin içində istifadə edilməlidir. düzbucaqlı və ya dairə səkilli sahələrin yaradılması o qədər də çətin deyil. Ancaq xəritənin çoxbucaqlı sahələrinin yaradılması kifayət qədər çətindir və ona görə də belə sahələrin yaradılmasının incəlikləri az izah olunub. Bu səbəbdən mən bu problemi daha geniş izah etməyi qərar verdim. Misal olaraq şəkil 1-də göstərilən rəsmi istifadə edəcəyik.
↓Davamını oxu

Rəs. 1
Sahələrin işarələnməsi üçün bir mənada Fotoşop da istifadə edilə bilər, ancaq vizual redaktordan yaxşısı yoxdur. Mən bunun DreamWeaver-də necə həyata keçirilməsindən bəhs edəcəyəm, çünki o bu məqsəd üçün ideal bir vasitədir. Əvvəlcə biz misal şəklimiz içində olan div teqi yaradaq:
<img src="images/stories/si-1.gif" alt="Picture" usemap="#rabmap" />
</div;>
Rəsmimizdə "isti sahələrin" yerləşdirilməsi üçün redaktorun idarəetmə panelinin nizamlı vəsaitlərdən istifadə edək. İdarəetmə panelinin "isti sahələrə" aid olan qismi redaktorun aşağı sol küncündə, xüsusiyyətlər (Properties) sahəsində yerləşir və görünüşü aşağıdakı şəkildəki kimidir:
 Ancaq idarəetmə paneli rəsmimizə usemap xüsusiyyəti əlavə edilməyənə qədər görünməyəcək. İdarəetmə panelində redaktorun xüsusiyyətlər pəncərəsinin alt tərəfi boyunca yerləşdirilmış dörd düymə vardır. Onlar görünüşünə görə iki qrupa bölünmüşdür. Sağ qrup, üzərlərində düzbucaqlı, dairə və çoxbucaqlı işarələri göstərilmiş, eyni adlı müvafiq "isti sahələrə" uyğun olan üç düymədən ibarətdir. Solda yeganə düymədən ibarət olan ikinci qrup vardır (ox işarəli). Bu düymə əvvəl şətrlə aktivdir və artıq yaradılmış olan sahələri dəyişdirməyə imkan verir (aktivləşdirmə, başqa yerə daşıma, ölçünün və konturun dəyişdirilməsi). Bu düymələrin vasitəsi ilə "isti sahələrin" yaradılması çox asandır. Əvvəlcə düzbucaqlı sahə yaradaq. Düzbucaqlı işarəli düyməni bir dəfə basırıq, sonra kursoru şəkilin üzərində, yaradılacaq olan düzbucaqlının sol yuxarı küncünün başlayacağı yerə gətiririk, siçanın sol düyməsini (SSD) basırıq və onu buraxmadan siçanı aşağıya və sağa çəkirik. Düyməni ancaq dördbucaqlı yarandıqdan sonra buraxırıq (Siz görəcəksiniz ki, siçanın ardınca açıq mavi dördbucaqlı sahəni qucaqlayan kontur "gəlir"). Dreamweaver özü Map xanəsində "Map" adı yazacaqdır. Bu bizim rəsmin xəritəsinin təkrarsız adıdır. İstəsəniz bu adı hər hansı bir başqa ada dəyişdirə bilərsiniz. Yeni ad verilməsi, xüsusən saytda bir neçə xəritə-rəsim yarıdılacağı halda çox mühümdür. Adda yalnız latın hərfləri, alt cızıq və rəqəmlər yer ala bilər, birinci simvolun hərf olacağı şərti ilə. "İsti sahənin" işarələnməsi, Dreamweaver tərəfindən avtomatik olaraq map teqi yardılması (teqi açır və qapadır, onu rəsmin xəritəsinin adı ilə əlaqələndirir) və içində bizim düzbucaqlı sahəmizə uyğun olan area teqinin yaradılması ilə nəticələnir.

Rəs. 2
Nəticədə biz redaktorun Design bölümündə belə bir şəkil alırıq (rəs. 2-yə bax). Redaktorda Bölünmüş (Split) rejimində çalışmaq daha uyğundur. Amma bəzi hallarda müvəqqəti olaraq Design rejiminə keçərək, şəkilə tam baxmaq da faydalıdır. Bənzər üsulla dairə "isti sahəsi" yaradırıq. Çoxbucaqlı "isti sahə" yaradmaq bir qədər çətindir. Çoxbucaqlı düyməsini bir dəfə basraq, kursoru şəklin üzərinə gətiririk və çoxbucaqlının birinci düyün nöqtəsi yerində SSD qısa basırıq. Sonra kursoru ikinci düyünün yerinə gətirərək, yenə SSD basırıq. Daha sonra şəkilin üzərində kursoru saat əqrəbinin istənilən istiqamətində gəzdirərək, üçüncü düyünün üstündə SSD basırıq və s. Əgər Siz təsadüfən kursorun istiqamətini qarışdirsanız, qorxulu bir şey yoxdur. Bu halda kəsişən xəttli kontur meydana gələ bilər, ancaq onu "isti sahənin" yardılması bitdikdən sonra düzəltmək olar. "isti sahənin" yaradılması ya ESC düyməsini basmaqla, ya da sinanın düyməsinə başqa yerdə basmaqla. Hər hansı bir "isti sahənin" üstündə siçanın düyməsini basmaqla biz onu aktiv edirik və istədiyimiz digər yerə daşıya bilərik. "İsti sahənin" düyün nöqtələrində SSD basaraq, çəkməklə biz sahənin ölçüsünü lazımi qədər böyüdürük (kiçildirik). Hər dəfə DreamWeaver, lazım gəldikcə, yeni area teqləri yaradır və ya mövcud olan "isti sahələrin" koordinatlarına düzəlişlər edir.

Rəs. 3
Bu üsulla biz ev rəsmi, avto noutbuk və günəş üçün, "isti sahələr" yartdıq. Bizim xəritə-rəsmimiz hazırdır. Nəticə rəs.3-də göstərilmişdir. Maşının düyün nöqtələri əyanilik üçün nömrələnmişdir. Δ

Modulun siçana basmaqla açılması

Bildiyiniz kimi Joomla`da modul siçana basmaqla açılmır. Modul müəyyən səhifəyə bağlıdır (Admini->Əlavələr->Modulun idarəsi->İstədiyiniz modul->Menü maddələrinə bağlamaq) və bağlı olduğu hər hansı səhifə (menü maddəsi) və ya səhifələrlə bərabər açılır. Hər hansı maraqlı bir modulun siçana basmaqla açılması üçün məhz bu xassədən istifadə etmək lazımdır. Bunun üçün yeni bir səhifə yaradırıq. Səhifə istənilən kontentdən ibarət ola bilər. Bu səhifənin lazım olan yerində, yəni modulun göstərilməsi lazım olan yerdə bu komandanı yazırıq.
↓Davamını oxu
Məqalənin sonu.Δ
Baş səhifəyəBaş səhifəyə