Reklamınızın yeridir

Açar təhvili saytlar yaradılması
Şirkətlər və şəxslər öz xidmətləri və satışlarını reklamlaya bilər, tədbirləri və işləri haqqında Elanlar, həmçinin sayt linkləri verə bilər Əlverişli şərtlər,
yüksək dərəcə effektiv!
24 saat içində
hər dəqiqədə yüzlərcə baxış!
Məqdsədli auditoriya üçün
uyğun müddət göstərilməsi!

Sifarişlə

Şərtlər
Reklam və elanların göstərilməsi, maket yaradılması şərtləri
-------------
Nümayiş qiymətləri
24 saat: 0.65$
Aylıq: 7$
Yarım illik: 15$
İllik: 25$
-------------
İşləyib-hazırlamaq
Original maketin yaradılması: 18$+
Kiçik dəyişikliklər: 4$+

Sifarişlə

CloseSaytlar yaradılması sayt hazırlanması
 Açar təhvili saytlar yaradılması
  • Vizit saytları -
    Şirkət saytı -
    Şəxsi sayt -
    İnternet-mağaza saytı -
    Qonma səhifəsi saytı -
    Çox dilli saytlar -
    Saytların tərcüməsi -
    Açar təhvili saytlar yaradılması
  • Peşəkar veb saytların yaradılması
    Böyük miqdarda harız sayt nümunələri
    Sifarışlə sayt yaradılması
    Fərdi yanaşma
    Original dizaynlı saytların yaradılması
    Şeçməkdə yardım
    Onlayn sifarışlər
    Dəyişə bilən qiymətlər
  • Sifarişçi yerində işə salma
    Hazır saytın zövqünüzə görə
      dəyişilməsi
    Hosting xidməti
    İş prosesində müşayət
    İşçilərin öyrədilməsi
    Saytı idarəetmə sisitemi
    Saytın irəliləşdirilməsi
    Müqavilə əsasında çalışma
Qiyməti 50$+

Sifarişlə

  • Sizin verilənlərin və saytın saxlanması üçün disk hafizəsi və xidmət ayrılması.
  • Verilənləri və saytı dəyişdirməyə imkan verən saytın idarəetmə sistemi.
  • Bir ədəd domen adının bir illiyə alınması/uzadılması (müstəqil alınan domenlərin müddəti uzadılır).
  • Saytın işlək şəkildə qalmasını təmin etmək üçün sazlama, DNS-serverlərin xidməti və dəstəklənməsi.
  • Poçt qutularının yaradılması (onların sayı işlədilən tarif planından asılıdır və adətən kifayət edir). Qutular virusdan və spamdan müdafiə olunur.
  • Onlayn məsləhətlər, həmçinin telefonla və e-maillə (hər gün).
  • Orta güclü DDOS-hücumlardan müdafiə.
  • Hüdudsuz trafik (arxiv faylları - musiqi, qrafik və proqram saxlayan saytlar xaric).
  • Verilənlər itdiyi zaman onlarınin bərpasında kömək (rezerv verilənlərin saxlama müddəti 7 gündür).
Minimal qiymət göstərilmişdir. Gerçək qiymət seçilmiş olan dizayndan, saytın məzmumundan və əlavə imkanlarından asılı olaraq təyin edilir.
Qiymət təxmini göstərilmişdir. Gerçək qiymət həm azalma tərəfinə, həm də çoxalma tərəfinə dəyişə bilər. O, sifarişci tərəfindən sayt yaradılması sifarifinin təsdiqindən sonra, seçilmiş olan dizayndan, irəliyə sürülən Texnik Tələblərdən, funksional imkanlardan, həll olunan məsələlərdən, təşkil edici bölümlərdən və saytın digər parametrələrdən asılı olaraq hesablanır.
Sənəd birlikdə hazırlanır və müqavilənin ayrılmaz hissəsi olur. İrəlidə layihədəki bütün əhəmiyyətli dəyişikliklər burada əks edilir.
Saytı internet şəbəkəsində identifakasiya edən, mütləq hər hansı bir zonaya aid olan təkrarsız ad, misal, ektsoft.by
Müştərinin Texnik Tapşırığa daxil olmayan dəyişiklik təklifləri, onlar işlərin görülməsinə və qiymətinə əhəmiyyətli dərəcədə təsir etdiyi zaman, xərci ödənmək şərti ilə, müqaviləyə əlavə edildikdən sonra yerinə yetirilə bilər.
Saytım müəllifi, saytı yaxşılaşdırmaq hüququna malikdir. Pullu dəyişikliklər müştərinin razılığı ilə edilməlidir.
işə təslim edildiyi gündən etibarən. Bu müddət bitdikdən sonra icraçı hosting seçilməsində, satın alınmasında yarım edir və hosting xidməti alındığı halda - saytı hostingə köçürür və işə salır.
Xidmətin qiyməti saytın mürəkkəbliyindən asılıdır. Vizit saytı üçün illik ücrət ən az 40$ təşkil edir.

Sayt yaradılması mərhələləri

Sayt yaradılması çətin və mürəkkəb işdir. Burada adi sifarişçinin bilmədiyi, internet marketoloqlar, veb dizaynerlər, proqramçılar, saytı yığanlar, test edənlər kimi mütəxəssislər var. Və həm də layihənin ən ağır və çətin işləri kənar gözlər üçün görünməz olur. Bundan əlavə, sadəcə sayt yaradılması yalnız işin başlanqıcıdır. Gərək onun mövcud olması haqda internet istifadəçilərinin xəbəri olsun. Bunun üçün sayta ad vermək lazım olacaq («Domen seçilməsi və satın alınması» mərhələsi) və saytı ictimaiyyətin əli çatacaq bir yerə yerləşdirmək lazımdır (Hosting xidmətlərinin kirayəsi – sonrakı mərhələ). Mərhələlər bunlardır:

➢Sifarişçinin müraciəti

Şifariş istənilən şəkildə, o cümlədən elektron vasitələri ilə, verilir. Ancaq, sifarişin, tərəflər ilk görüşdüyündə, yazılı şəkildə tərtibi daha tərcihlidir. Sayt yaradılması üçün elektron sifarişi bizim əlaqələr vasitəsi ilə verə bilərsiniz. Biz Sizinlə əlaqə quraraq, incəlikləri müzakirə edərik;Δ

➢Texnik tapşırığın (TT) tərtib edilməsi və təsdiqi

Texnik tapşırığın ilkin variantı, sifarişçinin rəhbərliyi ilə icraçı tərəfindən hazırlanır. O gələcək sayta, onun görünüşünə, funksional və şəxsi imkanlarına aid bütün istəkləri əks edir. Sonra, adətən sənədin uyqunlaşdırılması lazım gəlir. Yəni, bəzi yanlışlıqların aradan qaldırılması və TT-ı saytın dizaynı və yığılması nöqteyi-nəzərindən, onun texnik modelinə daha çox yaxınlaşdırması. Hər mərhələnin məqsəd və vəzifələri razılaşılır. Bu mərhələdə marketoloqlar da işəyir, bənzər layihələr öyrənərilərək, texniki-iqtisadi əsasnamə hazırlanır. Son dəyişikliklər edildikdən sonra TT hər iki tərəfin imzası ilə təsdiqlənir;Δ

➢Layihənin qıymətinin hesablanması və müqavilə imzalanması

Bu, işin çox vacib mərhələsidir. Layihənin qiymətini icraçı hesablayaraq, sifarişçinin razılığını alır. Lazım gəlirsə, qiymətin texniki-iqtisadi əsasnaməsi təqdim olunur. Bundan sonra müqavilə tərtib olunur, sifarişçinin qəbulu ilə iki tərəfcə imzalanır;Δ

➢Həqiqi şərtlərə mümkün qədər yaxın olan yoxlama misalı üçün verilənlərin toplanması

Sayt səhifələrinin nümunəvi mətni, rəsimləri, qrafiklər, cədvəllər, bağlayıcı və izah edici materiallar və s. tərtib olunur. Semantik nüvə işlənib hazırlanır (bu axtarış sistemlərinin saytı təqdim etməsi üçün lazım olan xüsusi kəlimələr toplumu, yığımıdır);Δ

➢Saytın dizayn-maketinin hazırlanması və sifarişçi tərəfindən bəyənilməsi

➢Müqavilədə nəzərdə tutulmuş avansın ödənməsi

➢Saytın tərtibatı, proqramlaşdırılması və yoxlanması

➢Hazır layihənin sifarışçiyə lokal kompüterdə göstərilməsi

Bu mərhələdə elektron verilənlər bazası hazırlanır. Mərhələ saytın işləyən layihəsinin sifarışçiyə icraçının lokal kompüterində nümayiş etdirilir. Müqavilədə nəzərdə tutulmuşsa, sifarişçi 2-ci avansı ödəyir;Δ

➢Sifarişçinin gördüyü nöqsanların aradan qaldırılması. Saytın texnik domen vasitəsi ilə sifarişçiyə nümayişi

Texnik domen, artıq internetdə yerləşdirilmiş gerçək saytın müvəqqəti adıdır (ünvanıdır) və o, saytın sazlanması və nümayişi üçün istifadə edilir. İrəlidə saytın təkrarsız, gerçək domen adı olacaq («Domen adının seçilməsi və satın alınması» maddəsinə baxın). Bu mərhələdə adətən o ad yoxdur. Ona görə saytı, icraçının təqdim etdiyi texnik domendə nümayiş etdirmək lazım olur. Texnik domen, mahiyyətinə görə, gerçək domen kimi işləyir və internet şəbəkəsinin istənilən nöqtəsindən, gerçək vaxt çərçivəsində Sizin saytınıza müraciət edərək, onun səhifələrinə baxmaq imkanı verir. Bu saytın işinin yoxlanması, imkanlarının nümayişi və işçi personalını öyrədilməsi üçün lazımdır;Δ

➢Hazır saytın həhvil-təslimi. Bitən layihə üçün tam haqq-hesab kəsilməsi

Əgər, serverə yerləşdirildikdən sonra saytın işində bir axsama görülübsə, o, tərəflərdən birinin təşəbbüsü ilə aradan qaldırılır. Bununla saytın yaradılması prosesi bitir, həhvil-təslim aktı imzalanır. Gərək olan başqa rəsmiləşdirmələr yerinə yetirilir. Sifarişçi görülən iş qarşılığını tam olaraq ödəyir. Ancaq, saytın tam şəkildə çalışması üçün, sifarışçi tərəfindən müstəqil olaraq və ya icraçının yardımı ilə, aşağıdakı maddələrin həyata keçirilməsi lazımdır;Δ

➢Domen seçilməsi və satın alınması

Domen (domen adı, domen adresi) – saytın internetdəki təkrarı olmayan adıdır. Bu adla sayt internetdə tanınır. Domen adı olmasa, internet istifadəçiləri (Sizin gələcək müştəriləriniz) sizi heç tapa bilməzlər və saytın məzmununu görə bilməzlər. Domen boş adlar içindən seçilərək, xüsusi akkreditə olunmuş domen registratorları (saxlayıcıları) vasitəsi ilə qeydiyyatdan keçirilməli (satın alınmalı) və ictimai baxış üçün İnternetdə yerləşdirilməlidir. Domen icraçı tərəfindən reqistrator yanıında yerləşdirilir. Domeni qeydiyyatdan keçirmək onu həmişəlik satın almaq deyildir. Əslində bu, onun müəyyən vaxt ərzində (adətən 1 il, amma başqa müddətlər də var) kirayə alınması deməkdir;Δ

➢Hostinq xidməti seçilməsi və kirayə alınması

Sayın internetdə görünə bilməsi üçün, onu bir hostinq şirkətinin (hostinq xidmətinin) serverində yerləşdirmək lazımdır. Yəni saytın provayderin (saytın fayl və bazalarını saxlamaq üçün serverdə yer təmin edənin) kompüterində yerləşdirilməsi haqqını almaq. «Domen» və «sayt» eyni məna daşımır. Sayt – internetdə nümayiş etdirilən veb səhifələr, və ya kontentdir (məzmundur). Saytın domeni isə onun unikal adresidir. Saytın hostinqə yerləşdirilməsi (daşınması) – mütəxəssis işidir və onu icraçı edir (və ya sifarişçinin istəyi ilə – hostinq provayder). Domen adının qeydiyyatı (uzadılması) və hostinq xidmətini eyni bir yerdə və ya müxtəlif yerlərdə seçmək olar. Domen və hostinq kirayəsinin müddəti bitdikdə, kirə müddətinin istənilən qədər uzadılması lazım olacaqdır. İcraçı bütün zəmanət müddəti ərzində texnik domen üzərində pulsuz hostinq xidməti təqdim edir;Δ

➢Zəmanət müddəti

Biz məhsulumuza, layihənin mürəkkəbliyindən asılı olaraq, 2 aydan 6 aya qədər zəmanət veririk. Məhsulun üçüncü şəxslərə verilməsi halında zəmanət haqqı qeyb olur. Bu müddət ərzində icraçı, sifarışçinin xüsusi olaraq ayırdığı personal üçün tədris aparır, verilənlər bazasını redaktə etməkdə və saytın gerçək zaman içərisində istismarında kömək edir, mümküm ola biləcək səhv və yanlışlıqları pulsuz olaraq aradan qaldırır;Δ

➢Sayın müşayiəti

Zəmanət müddəti bitdikdən sonra, saytın günlük işlərində onu, ayrıca müqavilə əsasında, müşayiət edilməsi tələb oluna bilər. Bu maddəni və yuxarıda sayılan iki və ya üç maddəni ilkin müqaviləyə daxil edərək (əlbət ki, əlavə ücrətlə), onları icraçının vəzifələrinə yükləmək olar.Δ