Bizimlə əməkdaşlıq edən firma və quruluşlar:

- Tanınmış tərcümə büroları, Lantrading, "Planeta perevodov", "StroyİnversGrup", "Natali-tərcümə", "Zlatoust" və başqaları;
- Vəkillər kollegiyası;
- Öz rəngarəng xidmət spekrləri ilə məhşur firmaların çoxu, ictimai təşkilatlar və müəssisələr - Siz onlarla bizim vasitəmizlə tanış ola bilərsiniz. Biz xarici firma və quruluşlarla Belarus firmaları arasında əlaqələr yaradılmasında yardımçı olarıq, firmalara və fərdi şəxslərə Belarus haqqına mə'lumat verərik, onun tarixi-coğrafi, milli və mədəni xüsusiyyətlənin izah edərik, xarici ölkələrlə əməkdaşlığın genişlənməsinə kömək edərik;
- Turizm firması "Zalataya Milya" Sizin üçün xarici ölkələrə turist, iş və fərdi səfərlər təşkil edər, özünüzu şərq ənənələrin, tarixinin içində hiss etməyə, avropanın görməli yerlərini gəzməyə və bizim mütəxəsislərimizin yardımı ilə maraqlandığınız ölkənin mədəniyyəti və dili haqqındakı biliklərinizi mükəmməlləşdirməyə, əyləncə ilə mənfəəti bir araya gətirməyə imkan açar;
- Xüsusi bir minnətdarlıqla çox xeyitxaq bir insan olan, saytlar üzrə pulsuz inernet dərsləri oyrədən - Andrey Qalyamovun adını çəkmək istərdim. O istedadlı müəllim olmaqla bərabər, öz işini mükəmməl bilən, cavan yaşına baxmadan (cavanlıq noqsan deyil ki!), neçə ildir müdikcəsinə ustası və elsperti olduğu işi kütlələrə çatdırır!

Sayt yaradılmasının mərhələləri: daha geniş
Sayt yaradılması çox çətin və mürəkkəb işdir. Burada adi sifarişçinin bilmədiyi, internet marketoloqlar, veb dizaynerlər, proqramçılar, saytı yığanlar, test edənlər kimi mütəxəssislər var. Və həm də layihənin ən ağır və çətin işləri kənar gözlər üçün görünməz olur. Bu səbəbdən, tez-tez, veb yaradıcılığından o qədər də xəbəri olmayan sifarişçilər işin mahiyyətini və xüsusən də qiymətini anlamırlar. Bu fikir ayrılığını aradan qaldırmaq üçün biz sayt yaradıcılığının əsas mərhələlərini ayırdıq.1 Sifarişçidən rica
Şifariş istənilən şəkildə, o cümlədən elektron vasitələri ilə, verilir. Ancaq, onun sifarişçi ilə ilk görüşmədə yazılı şəkildə tərtibi daha tərcihlidir;2 Texnik tapşırıq (TT) hazırlanması
Sifarişçi tərəfindən, gələcək sayta, onun görünüşünə, funksional və lazımsa, şəxsi imkanlarına aid bütün istəkləri nəzərə alaraq hazırlanır. Sayt hazırlayıcısının TT tərtibində iştirakı məqsədə uyğundur;3 TT-a düzəlişlər və onun təsdiqi
Düzəlişləri hazırlayıcı edir. Buna ola biləcək nöqsanların aradan qaldırılması və TT-nin, dizayn və yığım nöqteyi-nəzərindən, prosesə daha uyğun olan texnik modelinə yaxınlaşdırılma daxildir. Bu mərhələdə marketoloqlar işəyir, bənzər layihələri öyrənərək, texniki-iqtisadi əsasnamə hazırlanır. Son dəyişikliklər edildikdən sonra TT sifarişçi tərəfindən təsdiqlənir;4 Layihə qiymətinin hesablanması, müqavilənin tərtibi və imzalanması
5 Gerçək məlumatlara mümkün qədər yaxın yoxlama nümunəsi üçün verilənlərin toplanması
Semantik nüvənin işlənib hazırlanması (bu axtarış sistemlərinin saytı təqdim etməsi üçün lazım olan xüsusi kəlimələr yığımıdır);6 Saytın Dizayn-maketinin hazırlanması və sifarışçi ilə razılaşdırılması
7 Müqavilədə yazılan avansın ödənməsi
8 Saytın yazılması, proqramlaşdırılması və yoxlanması
9 Müqavilədəki 2-ci avansın ödənməsi
Bu mərhələdə elektron məlumat toplusu hazırlanır. Mərhələ saytın işləyən layihəsinin sifarışçiyə nümayişi ilə bitir;10 Sifarişçinin qeydlərinin həyata keçirilməsi. Sifarişçiyə saytın texnik domen üzərində nümayişi
Domen, saytın internetdəki xüsusi adıdır. Bu adla sayt axtarış zamanı tapılır. Texniki domen hazırlayıcı tərəfindən sayta verilmiş müvəqqəti addır. Bu saytın işinin yoxlanması və personalın öyrədilməsi üçündür;11 Tapşırığın yerinə yetirilməsi aktının imzalanması. Hazır layihə üzrə bütünlüklə haqq-hesabın kəsilməsi
Bununla saytın yaradılması prosesi bitir. Ancaq, saytın tam güclə çalışması üçün, sifarışçi tərəfindən müstəqil olaraq və ya hazırlayıcı ilə birlikdə, aşağıdakı maddələrin həyata keçirilməsi lazımdır;12 Domen seçilməsi və alınması
Domen adının alınması, o adın seçilərək, müəyyən vaxt ərzində bir yerdə yerləşdirilməsi deməkdir. Vaxt gəldiyində Domen qeydinin uzadılması lazım olacaq;13 Hostinq xidməti seçilməsi və kirə edilməsi
Sayın internetdə görünə bilməsi üçün, onu bir hostinq şirkətinin serverində yerləşdirmək lazımdır. Domen adının və hostinqin kirəsi bir yerdə ola bilər. Amma, bu məcburi deyil. Bu xidmətlər müxtəlif şirkətlərdən alına bilər;14 Saytın müşayiəti
Zəmanət müddəti bitdikdən sonra (zəmanət haqqında sağdakı sütundan oxuya bilərsiniz) gündəlik həyatda saytın mütəxəssislər tərəfindən müşayiət edilməsi lazım ola bilər.